Qazanc (iqtisadiyyat)

İqtisadi qazanc və ya mənfəət (ing. economic profit) — ümumi gəlir (mal və xidmətlərin satışından əldə olunan gəlir, alınan cərimələr və kompensasiya, faiz gəlirləri və s.) ilə mal və xidmətlərin istehsalı və ya alınması, saxlanması, daşınması, marketinq xərcləri arasındakı müsbət fərq[1][2]. Müəssisənin fəaliyyətini qiymətləndirmək üçün əsas göstəricidir. Dividentlər mənfəət hesabına ödənildiyi üçün ilk növbədə səhmdarları maraqlandırır.

  1. И.К. Станковская, И.А. Стрелец. Экономическая теория: Полный курс МВА. Москва: Рид Групп. 2011. ISBN 978-5-9614-2947-3.
  2. Л.И. Лопатников. Экономико-математический словарь: Словарь современной экономической науки. Москва: Дело. 2003. ISBN 5-7749-0275-7.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search